Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

Tarix: 8 Avqust 2020 10:38

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə "kral klubu"ndan ayrılmayacağını bildirib:

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq".

Qeyd edək ki, "Real" iki oyunun toplamında "Mançester Siti"yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.

 


Etiketlər:  Fövqaladə bir şey olmayana qədər Realın baş məşqçisiyəm Zidan


RƏYLƏR