Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 12:10
Rusiya və Türkiyə ilə sərhədlər açıq deyil, ümumiyyətlə heç bir ölkəylə sərhədlərimizi açmamışıq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, bu gün vətəndaşların gətirilməsi üçün dövlət əlindən gələni edir:
"Qısa müddətdə bu vətəndaşlarımızın əksəriyyəti artıq ölkəyə gətirilib. Hardasa bir problem olarsa, bizim səfirliklərə müraciət etsinlər. Bu gün hansısa ölkədə elə bir problem yoxdur".