Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2019 00:28
"Normal oyun keçdi.Baxmayaraq ki, Avstriyada ilk oyunumuz idi, istərdik ki, ilk rəqibimiz bir az asan olsun, bugünkü rəqibimiz yetəri qədər güclü idi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Ludoqorets"ə (Bolqarsıtan) 0:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun saytına deyib.
47 yaşlı mütəxəssis bu oyunun onlar üçün çox faydası olduğunu düşündüyünü söyləyib: "Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu"