Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 22:36
Bakı. Trend:
Andrea Pirlo İtaliyanın "Yuventus" futbol klubunun baş məşqçisi təyin edilib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, 41 yaşlı A.Pirlo klub ilə iki illik - 2022-ci ilin 30 iyun tarixinədək müqavilə imzalayıb.
Klubun baş məşqçisi vəzifəsində A.Pirlo bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəz edəcək.