Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 00:50
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi püşk zamanı "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq.
"Qarabağ" yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində yer alacaq ki, bununla da rəqibi nisbətən zəif komanda olacaq.
Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.