Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 14:24
Bakı. Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində daha 163 nəfər koronavirusdan (COVID19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.
S.Sadat Larinin sözlərinə görə, beləliklə indiyədək İranda bu virusdan ölənlərin sayı 18 427 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 2 020 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 326 712 nəfərə yüksəlib.
Nazirlik rəsmisi İranda indiyədək 284 371 nəfərin koronavirusdan sağaldığını deyib.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 2,68 milyondan çox diaqnoz testi həyata keçirilib.