Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zirə"dən ayrılan hücumçu Moldova klubunda - Rəsmi

Tarix: 9 Avqust 2020 16:12

“Zirə”dən ayrılan Riçard Qadzenin yeni klubu müəyyənləşib.
 
Qol.az xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını “Şerif”də davam etdirəcək. Bu barədə Moldova təmsilçisinin saytı məlumat  yayıb. Qadze ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Qanalı oyunçu yeni klubunda 43 nömrəli forma ilə çıxış edəcək.
 
Qeyd edək ki, Qadze 2019-cu ilin oktyabrından “Zirə”də oynayırdı. O, iyulda Bakı klubundan ayrılmışdı.
 


Etiketlər:  Zirədən ayrılan hücumçu Moldova klubunda Rəsmi


RƏYLƏR