Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 14:42
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” – “Sileks” cütünün qalibi 2-ci mərhələdəki matçını evdə keçirəcək.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları 25-26 avqustda keçiriləcək. Yeni qaydalara əsasən, pley-offa qədər bütün mərhələlər bir oyundan ibarət olacaq.