Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Beşiktaş” Balotelli ilə danışıqlar aparır

“Beşiktaş” Balotelli ilə danışıqlar aparır

Tarix: 10 Avqust 2020 11:24

İtaliyanın "Breşiya" klubunun futbolçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 29 yaşlı hücumçu "Beşiktaş"ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi futbolçunun agenti Mino Rayola ilə danışıqlar aparır. "Beşiktaş" Marioya ildə 2,5 milyon avro verməyə hazırdır. Bu rəqəm bonuslar hesabına daha da arta bilər.

Qeyd edək ki, Balotellinin "Breşiya" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Lakin komanda A seriyasını tərk etdiyi üçün tərəflər anlaşmaya xitam verə bilər.

Milli.Az


Etiketlər:  Beşiktaş Balotelli ilə danışıqlar aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ