Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb

Tarix: 10 Avqust 2020 14:08

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 132 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 328 844 nəfərə çatıb. Virus daşıyıcılarından 3 992 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 189 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 18 616 nəfərə yüksəlib.

Nazirlik rəsmisi İranda indiyədək 286 642 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 2,71 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ