Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 16:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün 14 avqust 2020-ci il tarixində saat 12:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.
ETSN-dən Trend-ə bildirilib ki, məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır.
Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Görüşün linki iştirakçıların poçt ünvanlarına göndəriləcək.
İştirakçılar daha ətraflı məlumat almaq üçün görüş üzrə əlaqələndirici şəxs-Faiq Mütəllimovla (+994 55 505 82 42) əlaqə saxlaya bilərlər.