Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 16:46
"Barselona"nın yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını İngiltərədə davam etdirə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın iki klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
"Everton" və "Wolverhampton" Rafinyanı heyətinə qatmaq niyyətindədir. Braziliyalı futbolçunun "Selta"nın da maraq dairəsində olduğu bildirilir.
Kataloniya klubu da Rafinyanın satışına müsbət yanaşır. "Barcelona"nın Rafinyanın təzminat məbləğini 16 milyon avro olaraq müəyyənləşdirdiyi deyilir.