Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Livan hökuməti tam tərkibdə istefa verib

Livan hökuməti tam tərkibdə istefa verib

Tarix: 10 Avqust 2020 20:00

Bakı. Trend:

Livanın Baş Naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.

Trend-in məlumatına görə, “Hezbollah” hərəkatının nümayəndələrinin də təmsil olunduğu koalisiya hökumətinin dörd naziri artıq öz istefasını bəyan etmişdi. Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra ölkədə davam edən etirazlar fonunda korrupsiya və pis idarəçilikdə ittiham edilən Nazirlər Kabineti istər daxildən, istərsə də beynəlxalq aləmdən gələn təzyiqlərlə üzləşmişdi.

Yaxın saatlarda Baş Nazir hökumətin istefasını təqdim etmək üçün Livan Prezidenti Mişel Aun ilə görüşəcək. Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayış qurbanlarının sayı 160-a çatıb.


Etiketlər:  Livan hökuməti tam tərkibdə istefa verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ