Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 22:04
Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.