Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Instagram Reels rəsmi olaraq 50-dən çox ölkədə istifadəyə verildi

Instagram Reels rəsmi olaraq 50-dən çox ölkədə istifadəyə verildi

Tarix: 11 Avqust 2020 07:32

Ötən ilin noyabr ayından etibarən İnstagram Reels Braziliya və bir neçə ölkədə test üçün istifadəyə verilmişdir. 5 Avqust tarixindən etibarən isə, ABŞ, Birləşmiş Krallıq, Braziliya, Meksika, Hindistan Yaponiya, İspaniya və digər 50-ə yaxın ölkədə rəsmi olaraq istifadəyə verildi. Reels istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Kimisi onu TikTokun rəqibi, kimisi isə onun nüsxəsi adlandırır.

Bəs "Reels" nədir? Reels - xüsusi alətlər, "Artırılmış reallıq" effektləri, gerisayım taymeri və ən əsası musiqi əlavə etmək kimi imkanlarından istifadə edərək 15 saniyəlik qısa videoların hazırlanmasını təqdim edən funksiyadır. TikTokdan hazırda onu fərqləndirən 2 əsas cəhət var:

1) İnstagram Reelsdə paylaşılan videolar TikTokdaki video paylaşımlar kimi sürətli keçid etmir. Yəni videolara rahat şəkildə baxmaq olar.

2) İnstagram bir çox böyük musiqi leyblları ilə əməkdaşlıq edir. İnstagram Music üzərindən təqdim edilən musiqi bazası vasitəsi ilə video kontent yaradan istifadəçilərə geniş seçim imkanı yaradır.Milli.Az techland.az-a istinadən bildirir ki, iİstifadəçilər musiqilərdən istifadə edərkən daha müəllf hüquqlarının pozulması səbəbi ilə videoların yayımdan qaldırılması və ya səsinin yığışdırılması kimi problemlərlə üzləşməyəcəklər.

Bu imkan ona görə üstün hesab olunur ki, TikTokda istifadəçilər musiqi seçimi və səsləndirmə keyfiyyətindən hazırda razı deyillər. İnstagram Reelsda yayımlanan videolarda istifadəçiləri tag etmək, hashtaglardan istifadə etmək mümkündür. İnstagramın böyük istifadəçi bazası tag edilən istifadəçilər sayəsində videoların "viruslu" olmasına və sürətli yayılmasına şərait yaradacaq. Bununla yanaşı populyar olan videolar Reels üçün yaradılan xüsusi "Explore" bölməsində görünəcəklər.

Maraqlı bir faktı da qeyd edək ki, Facebook 2018-ci ildə TikTokun klonu adlandırılan "Lasso" adlı tətbiq hazırlamışdı. Test xarakterli istifadəyə verilən tətbiq uğur qazanmadığı üçün həmin il yayımdan qaldırılmışdır. Hazırda İnstagram Reels Azərbaycan ərazisində çalışmır. Ümüd edirik ki, yaxın zamanda bizim ölkə ərazisində aktivləşəcəkdir. Lakin maraqlı bir məqam var ki, "Instagram Music" bizim ölkə üzrə hələ aktiv deyil və bu zaman Reels-da musiqilərdən istifadə necə həyata keçiriləcəkdir?  

Milli.Az


Etiketlər:  Instagram Reels rəsmi olaraq 50 dən çox ölkədə istifadəyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ