Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

Tarix: 11 Avqust 2020 08:34

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, eyni zamanda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə http://eservices.dim.gov.az/2020/netbak1/?frm=egov linkindən tanış olmaq mümkündür.

İmtahan iştirakçıları arasında 2 nəfər - Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplayıb.

Milli.Az


Etiketlər:  İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb


RƏYLƏR