Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

LafargeHolcim və IBM ekoloji təmiz yol-tikinti texnologiyaları üzrə ilk rəqəmsal platforma olan ORIS-i daha da təkmilləşdirmək üçün öz resurslarını birləşdirir

LafargeHolcim və IBM ekoloji təmiz yol-tikinti texnologiyaları üzrə ilk rəqəmsal platforma olan ORIS-i daha da təkmilləşdirmək üçün öz resurslarını birləşdirir

Tarix: 11 Avqust 2020 11:32

Bakı. Trend:

LafargeHolcim şirkəti IBM Services ilə işləyəcəyini açıqladı. Bu addım yolların layihələndirilməsinin optimallaşdırılması üzrə ilk rəqəmsal platforma olan ORIS-i daha da təkmilləşdirmək üçündür. Bu texnologiya yolların layihələndirilməsinə çəkilən xərcləri üçdə bir dəfə, karbon qazı emissiyalarını isə yarıya qədər azaltmağa imkan verər. Eyni zamanda yolların dayanıqlılığını və istismar müddətini üç qat artıra bilər.

ORIS intellektual layihə tərtibatı sayəsində direktiv orqanlara, yol infrastrukturu üzrə səlahiyyətli qurumlara, eləcə də layihə investorlarına yol tikintisini və dayanıqlılığını təkmilləşdirməyə, səmərəsizliyi azaltmağa imkan verir.

Dövlətlərin COVID-19 pandemiyasından sonra iqtisadi fəaliyyəti canlandırmaq üçün stimullaşdırıcı tədbirlər kompleksi hazırladığı və iqlim dəyişikliyinin təsirini aradan qaldırmaq üçün cavab tədbirləri gördükləri bir dövrdə bu platforma xüsusilə aktual hesab olunur.

Hər il dünyada orta hesabla 700,000 kilometer (435,000 mil) yeni yol tikilir. Yolların keyfiyyətinin və davamlılığının yaxşılaşdırılması nəqliyyatın səbəb olduğu karbon emissiyalarını azaltmağa kömək edəcəkdir. Yollar yerdən, iqlimdən, nəqliyyat vasitələrinin növlərindən və hərəkət intensivliyindən asılı olaraq fərqlidir. Bu səbəbdən layihələndirmə mərhələsinin başlanğıcında ən dayanıqlı və sərfəli tikinti materiallarını, texnologiyalarını müəyyənləşdirmək mürəkkəb məsələdir. ORIS yol örtüyünün layihəsini müxtəlif perspektivlərdən qiymətləndirir və yerli materialları, onların xüsusiyyətlərini nəzərə almaqla tikinti və təmir üzrə səmərəli nümunələr təklif edir. ORIS təbii ehtiyatların qorunmasını nəzərdə tutan ictimai siyasətləri dəstəkləməklə, yol tikintisində daha yerli və "sirkulyar" iqtisadi metodların tətbiqinə imkan verir.

LafargeHolcim şirkətinin Avropa üzrə Regional Bürosunun rəhbəri və İcra Komitəsinin qlobal səviyyədə innovasiyalar üzrə məsul üzvü Marsel Kobuz bu barədə aşağıdakı fikirləri səsləndirmişdir: "Biz dayanıqlı və səmərəli tikinti üçün öz həllərimizin rəqəmsallaşdırılmasını sürətləndiririk. "Biz ORIS kimi qlobal texnologiyalar ilə ekoloji təmiz və sirkulyar tikintidə, həmçinin yollar və digər sahələr üçün təbii resursların məsuliyyətli şəkildə istehlakında lider olmağa çalışırıq. Biz ORIS-i həm inkişaf etmiş, həm də yeni formalaşan bazarlarda istifadə etmək üçün yolların idarəedilməsi üzrə səlahiyyətli qurumlar, beynəlxalq maliyyə institutları və layihələndirmə şirkətləri kimi müxtəlif tərəfdaşlarla pilot layihələrə start vermişik".

LafargeHolcim şirkəti IBM-in sement və hazır beton qarışığı məhsulları üzrə biliklərini, eləcə də yığma beton, asfalt, əhəng məhlulu və tikintinin layihələndirilməsi texnikaları da daxil olmaqla texnologiya və məhsullarını təkmilləşdirmək niyyətindədir. Bunun üçün onun rəqəmsal platformalar, hibrid buludlar, rəqəmsal layihələndirmə xidmətləri üzrə portfelini yaxşılaşdıracaq, həmçinin maşın təliminin alqoritmləri, süni intellekt, əşyalarının sənaye interneti və data analitikası üzrə səriştəsinin artmasına kömək edəcək.

LafargeHolcim Azərbaycanda Holcim Azərbaycan şirkəti təmsil edir.

ORIS ilə bağlı əlavə məlumatı https://www.lafargeholcim.com/oris saytından və ya https://www.holcim.az/az əldə etmək mümkündür.


Etiketlər:  LafargeHolcim ekoloji təmiz tikinti texnologiyaları üzrə rəqəmsal platforma olan ORIS daha təkmilləşdirmək üçün resurslarını birləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ