Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü və 27 sərnişin saxlanıldı (FOTO)

Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü və 27 sərnişin saxlanıldı (FOTO)

Tarix: 11 Avqust 2020 11:42

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və 27 sərnişinlər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü və 27 sərnişin saxlanıldı (FOTO) - Gallery Image Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü və 27 sərnişin saxlanıldı (FOTO) - Gallery Image Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü və 27 sərnişin saxlanıldı (FOTO) - Gallery Image Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü və 27 sərnişin saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Siyəzəndən Xaçmaza sərnişin daşıyan sürücü 27 sərnişin saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ