Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında - FOTO

Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında - FOTO

Tarix: 11 Avqust 2020 17:12

Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər.

Federasiyadan Sonxeber.net-a verilən məlumata görə Boccia idman növü üzrə milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam edirdi. İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10 - 19 avqust 2020-ci il tarixlərində Boccia idman növü üzrə komanda 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq  toplasında iştirak edəcək. Təlim-məşq toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, təlim-məşq toplantısı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına  məsuliyyətlə riayət edir.


Etiketlər:  Boccia İdman Federasiyasının idmançıları təlim məşq toplantısında FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ