Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 20:04
2026-cı ildə 6G şəbəkəsinin tətbiqinə başlanacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Cənubi Koreya hökuməti 6G şəbəkəsinin 2026-cı ildə işə salınması üçün pilot layihə həyata keçirməyi planlaşdırır.
Ölkənin strateji planına əsasən, 5G-dən 50 dəfə sürətli olan altıncı nəsil mobil şəbəkə 2028-ci ildən 2030-cu ilə qədər kommersiyalaşdırılacaq. Mütəxəssislərin fikrincə, 6G səhiyyə, pilotsuz nəqliyyat vasitələri və ağıllı şəhər kimi müxtəlif sahələrdə geniş tətbiq edilməlidir.
Xatırladaq ki, Cənubi Koreyanın Baş naziri Çunq se-Kyun elmi-texniki görüşdə hökumətin yeni nəsil telekommunikasiya sahəsində tədqiqat və inkişaf strategiyasını açıqlayıb. Strategiya standart və qiymətli patentlərin alınması ilə yanaşı, gələcək texnologiyalarının qabaqlayıcı inkişafını da nəzərdə tutur. Cənubi Koreya bunun üçün 169 milyon dollarlıq sərmayə yatırmağı planlaşdırır.