Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 21:36
Yeni mövsümə hazırlaşan “Neftçi” iki günlük fasilədən sonra məşqləri bərpa edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün öz bazasında hazırlıq keçib.
Qeyd edək ki, “Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq. Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə sabah saat 15:00-da atılacaq.
Yuxarı