Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" 40 milyona aldığı qapıçını satır

Tarix: 24 Aprel 2019 00:28

Tibo Kurtua mövsümün sonunda "Real"dan ayrıla bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "kral klubu" yayda belçikalı qolkiperi satmaq istəyir. Madridlilər 26 yaşlı qapıçıdan daha inamlı çıxış gözləsə də, o, ümidləri doğrulda bilmir. Kurtuanın şəxsi həyatının tez-tez şou-biznesdə müzakirə olunması da rəhbərliyin xoşuna gəlmir. İddiaya görə, Zinəddin Zidan növbəti mövsümdən çərçivəni Keylor Navasa tapşırmağı düşünür.

Qeyd edək ki, Kurtua "Real"a mövsümün əvvəlində "Çelsi"dən keçib. İspanlar təcrübəli qapıçı üçün qarşı tərəfə 40 milyon avro ödəmişdi.

 


Etiketlər:  Real 40 milyona aldığı qapıçını satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ