Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 23:56
Hindistan TikTok ilə birlikdə daha 47 Çin tətbiqinə qadağa qoyub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, dünən Hindistan hökumətinin verdiyi qərarla Xiaomi tətbiqlərində Mi Browser Pro və MIUI Cleaner də qadağan edildi.
Xatırlayırsınızsa, may ayında Xiaomi-nin fərdi məlumatları icazəsiz paylaşdığı ortaya çıxdı. Marka o dövrdə bir çox açıqlamada şəxsi məlumatları topladığını etiraf etsə də, bu məlumatları digər insanlar və qurumlarla paylaşmadığına dair dəlillər ortaya qoydu. Digər tərəfdən, Hindistan, Xiaomi-nin bu qalmaqalı və TikTok-un istifadəçi məlumatlarını gizli şəkildə toplayan kəşfi ilə şəxsi məlumatları toplayan bir çox Çin mənşəli tətbiqinə qadağa qoymaq qərarına gəldi. Dünən yaranan MIUI Cleaner və Mi Browser Pro-a qoyulan qadağa Hindistan bazarının ən güclü oyunçulardan biri olan Xiaomi üçün həyəcan siqnallarının səslənməsinə səbəb oldu.