Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

Bağdadın

Tarix: 12 Avqust 2020 05:16

Bakı. Trend:

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, raket dövlət qurumlarının və xarici diplomatik missiyalarının, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.


Etiketlər:  Bağdadın yaşıl zonası raket hücumuna məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ