Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 13:04
DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb.
Qol.az FİFA-nın saytına istinadən xəbər verir ki, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus səbəbindən 2021-ci ildə oynanılacaq.
Qərarın Asiya Futbol Konfederasiyası ilə birgə verildiyi, mərhələnin dəqiq tarixinin daha sonra açıqlanacağı vurğulanıv.
Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb.
Əlavə edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.