Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiymətləri dəyişib

Azərbaycan neftinin qiymətləri dəyişib

Tarix: 12 Avqust 2020 21:20

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 45,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan neftinin qiymətləri dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ