Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 05:36
Bakı. Trend:
Kanadanın Red-Leyk yaşayış məntəqəsinin (Ontario ştatı) təxminən 3,8 min sakini meşə yanğınları səbəbiyndən evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, bu barədə CTV kanalı şəhər meri Fred Motuya istinadən xəbər verib.
Sakinlərin bir qismi təyyarə ilə yaxınlıqdakı yaşayış məntəqələrinə aparıldı. Ümumilikdə Red-Leykdə 4,1 min insan yaşayır. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.