Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)

Tarix: 13 Avqust 2020 17:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib.

Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib. Onun sözlərinə görə, yeni taksilər bu gün Heydər Əliyev Bəynəlxalq Hava Limanında vətəndaşların isitfadəsinə verilib: “Xüsusən, vurğulamaq istəyirəm ki, İngiltərədən gələn bu taksilər sərnişindən sürücüyə, sürücüdən sərnişinə koronavirusun keçməsinin qarşısını alan detallarla təchiz olunub. Bu detallar hissə-hissə olmaqla bütün taksilərə yerləşdirilir”.

G.Gözəlova əlavə edib ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi Bakı ərazisində xidmət göstərəcək: “Daha önəmli cəhətlərdən biri də ondan ibarət olacaq ki, bu avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna biləcəklər".

Qeyd edək ki, smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO) - Gallery Image Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO) - Gallery Image Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO) - Gallery Image


Etiketlər:  Ölkəyə gətirilən yeni taksilərdən artıq istifadəyə verilib RƏSMİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ