Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 23:16
Huawei şirkəti brend prosessorlarında fəaliyyət göstərəcək yeni kompüterlərin bazara çıxarılmasına hazırlaşır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət Kunpeng adlı sistemləri hazırlayır.
Kunpeng 920 2249K sistemi 24 nüvəli olacağı planlaşdırılır, kompüterlər dörd DDR4 yaddaş yuvasını alacaqlar. Qurğunun RAM həcmi 8 GB-dan 64 GB-ə qədər ola bilər, SSD isə 256-dan 512 GB-ə qədərdir. Videokart olaraq cihaza Yeston RX 550 yerləşdiriləcək, çip olaraq isə AMD çıxış edəcək. Huawei cihazları PC USB-A, USB-C, Ethernet və VGA daxil olmaqla lazımi portlarla təchiz olunacaq. Bundan əlavə, kompüterlərin əməliyyat sistemi Linux əsaslı UOS distributivi olacaq.
Qeyd edək ki, yeniliklərin qiyməti 1000 ABŞ dollarını aşacaq.