Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 169 nәfәr koronavirusdan ölüb

İranda 169 nәfәr koronavirusdan ölüb

Tarix: 14 Avqust 2020 13:48

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә 169 nәfәrin koronavirusdan (COVID19) ölmәsi öz tәsdiqini tapıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 19 331 nәfәrә çatıb.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 501 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 338 825 nәfәrә yüksәlib. Onlardan 3 956 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 293 811nәfәrin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, Tehran, Qum, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,81 milyondan çox diaqnoz testi hәyata keçirilib.


Etiketlər:  İranda nәfәr koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ