Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 20:00
Cari ilin avqustun 1-nə olan məlumata əsasən Gürcüstanın 6,5 milyard dollar borcu var. Bunun da 6,3 milyard dolları hökumətin payına düşür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişməyib və avqustun 1-nə 6 milyon 107 min ABŞ dolları təşkil edir. Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə 493,5 milyon dollarla Almaniya birincidir. İkinci yerdə 558,2 milyon dollarla Fransa və üçüncü yerdə 216,4 milyon dollarla Yaponiya qərarlaşıb.