Tarix: 15 Avqust 2020 13:30
“Neftçi”nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubununun adına aydınlıq gəlib.
Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Rumınyanın “Arçeş” klbunda davam etdirəcək. Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
“Arçeş” növbəti mövsüm əsas liqada mübarizə aparmaq üçün vəsiqə əldə edib.
Qeyd edək ki, D.Meza Kollinin son klubu Rumınyanın digər bir komandası “Petrolul” olub. O, 2013-2015-ci illərdə “İnter” (hazırkı “Keşlə”), 2015-ci ildə “Qəbələ”, 2017-2018-ci illərdə isə “Neftçi”nin formasını geyinib.
Xatırladaq ki, D.Meza Kolli "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır.