Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 14:48
Bakı. Trend:
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edib. Dərhal onun şəhər ərazisindəki olduğu ünvan müəyyən edilib və həkim briqadası dəvət olunub. Y.Fərzəliyevlə profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
Məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.