Tarix: 16 Avqust 2020 10:26
Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında PSJ-nin hücumçusu Neymar, “Leypsiq”in müdafiəçisi Dayo Upamekano, “Bavariya”nın hücumçusu Tomas Müller və “Lion”nun hücumçusu Mussa Dembele yer alıb. Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.
Qeyd edək ki, 1/4 finalda, PSJ “Atalanta”ya (2:1), “Leypsiq” “Atletiko”ya (2:1), “Bavariya” “Barselona”ya (8:2), “Lion” isə “Mançester Siti”yə (3:1) qalib gələrək yarımfinal mərhələsinə vəsiqə əldə edib.
Yuxarı