Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqanın ən yaxşı oyunçusu müəyyənləşdi

Premyer Liqanın ən yaxşı oyunçusu müəyyənləşdi

Tarix: 16 Avqust 2020 14:04

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne mövsümün ən yaxşısı seçilib. O, namizədlər arasında "Liverpul"dan Trent Aleksander-Arnold, Cordan Henderson, Sadio Mane, "Sauthempton"dan Denni İnqs, "Bernli"dən Nik Poup və "Lester Siti"dən Ceymi Vardini qabaqlayıb.

Qeyd edək ki, Brüyne 2019/2020 mövsümündə "Arsena"ın sabiq hücumçusu Tyerri Anrinin Premyer Liqadakı qol ötürməsi rekordunu (20 qol ötürməsi) təkrarlayıb. Bundan başqa, belçikalı oyunçu 13 qol vurub.

 


Etiketlər:  Premyer Liqanın yaxşı oyunçusu müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ