Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 23:28
Bakı. Trend:
Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.
Azərbaycanın Rusiyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.
Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin