Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' darmadağınla mərhələ adladı

''Qarabağ'' darmadağınla mərhələ adladı

Tarix: 18 Avqust 2020 21:54

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb.  Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşır. 

Mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf 2-ci raunda yüksələcək.

Qeyd edək ki, mərhələni keçən komanda 2-ci turda  “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.



18 avqust

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi


20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0
Qol:
Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 
 


Etiketlər:  Qarabağ darmadağınla mərhələ adladı


RƏYLƏR