Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: “Leyptsiq” yoxsa, PSJ?

Çempionlar Liqası: “Leyptsiq” yoxsa, PSJ?

Tarix: 18 Avqust 2020 07:16

Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının ilk yarımfinal oyunu keçiriləcək.

Milli.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Almaniyanın "Leyptsiq" klubu Fransanın "Paris Sen-Jermen" komandası ilə qarşılaşacaq.

Görüş Lissabonda "Estadio da Luiz" stadionunda təşkil ediləcək.

Matçı niderlandlı FIFA referisi Bjorn Kupers idarə edəcək.

Vacib oyun öncəsi hər iki komandada itkilər var. "Leyptsiq"da Fabris Xartman, parislilərin heyətində isə Marko Veratti oynamayacaq. Keylor Navas, Leyvin Kurzava və İdrissa Qeyenin oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu avqustun 19-da Almaniyanın "Bavariya" və Fransanın "Lion" klubları arasında olacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Leyptsiq yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ