Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellekt texnologiyaları bazarının həcmi 300 milyard dolları ötəcək

Süni intellekt texnologiyaları bazarının həcmi 300 milyard dolları ötəcək

Tarix: 18 Avqust 2020 08:12

"IDC" şirkəti 2020-ci ildə dünya süni intellekt texnologiyaları (proqram və aparat təminatı və xidmətlər) bazarının həcminin 156,5 milyard dollaradək artacağını proqnozlaşdırır. Bu, 2019-cu ilin göstəricisindən 12,3 faiz çoxdur. Bu il artım "COVID-19" pandemiyasına görə zəifləsə də, "IDC" analitiklərinin fikrincə, süni intellekt texnologiyalarına investisiyalar tempi tezliklə bərpa olunacaq və 2024-cü ildə bazarın həcmi 300 milyard dolları ötəcək.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, satış həcminin təxminən 80 faizi proqram təminatının payına düşür. Analitiklərin sözlərinə görə, korporativ mühitdə süni intellektli mobil əlavələrin rolu sürətlə artır. Bu əlavələr biznesin rəqəmli transformasiyası layihələrinin diqqət mərkəzində qalmaqdadır. Yaxın illərdə onlar arasında əsas yeri yeni nəsil "CRM" sistemləri ilə əlaqədar layihələr tutacaq.
 
Bu il süni intellekt sahəsində xidmətlər seqmenti 18,4 milyard dollaradək artacaq. Onun 80 faizi informasiya texnologiyaları xidmətlərinin payına düşür.
 
Analitiklər qeyd edir ki, süni intellekt sahəsində xidmətlər bazarı rəqabətli və fraqmentləşdirilmiş olaraq qalır. 2019-cu ildə beş iri şirkət - "IBM", "Accenture", "Deloitte", "Infosys" və "Cognizant" ümumilikdə bazarın üçdəbir hissəsinə sahib olub.
 
2020-ci ildə süni intellekt texnologiyaları əsasında həllər üçün server və məlumatların saxlanması sistemlərinin satışı 10,3 faiz artaraq 13,4 milyard dollara çatacaq. 2021-ci ildə analitiklər tərəfindən xüsusilə saxlama sistemləri sayəsində bazarda 35,5 faizlik illik artımla satış həcminin bərpası gözlənilir.


Etiketlər:  Süni intellekt texnologiyaları bazarının həcmi milyard dolları ötəcək


RƏYLƏR