Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 11:00
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,7 faiz artıb.
Yanvar-iyul aylarında 1074 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 ədəd az minik avtomobili istehsal olunub.