Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 12:08
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,7 faiz artıb.
Yanvar-iyul aylarında 1074 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 ədəd az minik avtomobili istehsal olunub.