Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Siti'' Bravo ilə yolları ayırdı

''Mançester Siti'' Bravo ilə yolları ayırdı

Tarix: 18 Avqust 2020 15:32

"Mançester Siti" qapıçısı Klaudio Bravo ilə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, çilili qolkiperlə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 37 yaşlı qapıçı 2016-cı ildə "Barselona"da İngiltərə təmsilçisinə transfer olunmuşdu. O, "Mançester Siti"də ümumilikdə 61 matçda 60 qol buraxıb. Bravo 2018/2019 mövsümündə zədə səbəbindən təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmışdı.

Əlavə edək ki, Bravonun "Nyu-York Siti" və ya "Seltik"ə keçəcəyi gözlənilir.

 


Etiketlər:  Mançester Siti Bravo ilə yolları ayırdı


RƏYLƏR