Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 16:08
Niderland millisinin çalışdırıcısı Ronald Kuman "Barselona"ya baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az "NOS"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Bəli, bu kluba qoşulmaq istərdim. Ancaq təyinatım barədə yalnız müqavilə imzaladıqdan sonra deyə bilərəm. O vaxta kimi isə istəsəm də, bir şey danışmağım düzgün deyil".
Qeyd edək ki, Kataloniya təmsilçisinin Kumanla 2 illik müqavilə imzalayacağı bildirilir. Onun təyinatının bu gün və ya sabah açıqlanacağı gözlənilir.