Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada xüsusi maskaların istehsalına başlanır - DODAQ OXUMAQ ÜÇÜN

Fransada xüsusi maskaların istehsalına başlanır - DODAQ OXUMAQ ÜÇÜN

Tarix: 18 Avqust 2020 20:04

Fransada dodaq oxumaq üçün xüsusi üz maskalarının istehsalına başlanır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, karlar üçün faydalı olan bu ləvazimat ötən əsrin 30-cu illərində yaradılmış və ölkənin ən böyük əlillər birliklərindən olan "France Handicap"a məxsus və Paris yaxınlığında yerləşən bir müəssisədə istehsal olunacaq.

Bu maskalardan gündə 300 ədədədək buraxmaq nəzərdə tutulur.

Bu cür maskaların əsas xüsusiyyəti aşağı hissəsinin şəffaf plastikdən hazırlanmasıdır. Belədə maska sahibinin dodaqları görünür.

Həmin şəffaf hissənin tərləməsinə qarşı içəri tərəfdən xüsusi maddə çəkilir.

Bu cür maska hazırlamaq fikrini bu ilin aprel ayında Tulus şəhərinin sakini, 30 yaşlı gön-dəri mütəxəssisi Anissa Mekrabeş tərəfindən irəli sürülmüşdü.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 5 faizi eşitmə imkanları məhdud şəxslərdir.


Etiketlər:  Fransada xüsusi maskaların istehsalına başlanır DODAQ OXUMAQ ÜÇÜN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ