Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir"

Tarix: 19 Avqust 2020 08:20

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri TASS informasiya agentliyinə irlandiyalının dostu və təlim tərəfdaşı Peter Quillin söyləyib.

K.Makqreqorun güclü MMA döyüşçüsü olduğunu vurğulayan P.Quillin onun Həbib Nurməhəmmədov-Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini bildirib. O, qeyd edib ki, təlim-məşq toplanışında düzgün hazırlıq nəticəsində Konor Makqreqor H.Nurməhəmmədova qalib gələ bilər.

Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə H.Nurməhəmmədov arasında döyüş keçirilib. "T-Mobile" arenasında təşkil olunan döyüş Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.

Milli.Az


Etiketlər:  Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir


RƏYLƏR