Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 00:32
Bakı. Trend:
Afrika İttifaqı Malinin üzvülüyünün dayandırılması barədə qərar qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə Şurasının "Twitter" səhifəsində bildirilir.
Bildirilir ki, Afrika İttifaqı Malinin üzvlüyünü konstitusiya quruluşu bərpa olunana qədər dayandırır.