Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 21:56
"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Qol.az-ın məlumatına görə, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.
25 iyun
Yoxlama oyunu
20:00. "Qarabağ" - "Krayova" - 0:0