Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis imtahan günü gücləndirilmiş iş rejimində xidmət aparıb - FOTO

Polis imtahan günü gücləndirilmiş iş rejimində xidmət aparıb - FOTO

Tarix: 20 Avqust 2020 19:20

Avqust ayının 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən iki məktəbdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıblar. Şöbə əməkdaşları tərəfindən sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilib.


Etiketlər:  Polis imtahan günü gücləndirilmiş rejimində xidmət aparıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ