Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəyişən dünya: Tesla, yoxsa Nikola?

Dəyişən dünya: Tesla, yoxsa Nikola?

Tarix: 20 Avqust 2020 20:40

Belə görünür ki, dahi ixtiraçı Nikola Teslanın adını daşıyan şirkətləri şübhəsiz uğur gözləyir.

Milli.Az ted.az-a istinadən bildirir ki, həmin uğuru İlon Maskın "Tesla" avtomobili və yeni uğur qazanmağa başlayan "Nikola" şirkətində görə bilərik.

Adi startap kimi fəaliyyətə başlayan "Nikola" şirkəti bu ilin iyun ayında IPO-ya (ilkin kütləvi təklif) çıxaraq maksimal kapitallaşdırmada 30 milyard dollar həcmində qiymətləndirilib. Qeyd edək ki, bu "Ford" və "Fiat-Chrysler" kimi avtomobil sənayesinin nəhənglərinin kapitallaşdırma dəyərindən qat-qat çoxdur. Hətta "Nikola" şirkətinin banisini Trevor Miltonu "İkinci İlon Mask" da adlandırırlar.

Hazırda şirkətin kapitallaşdırma dəyəri 16 milyard dolları keçib. Ən maraqlısı da odur ki, "Nikola" şirkəti hələ satışa bir avtomobil belə buraxmayıb.

Milli.Az


Etiketlər:  Dəyişən dünya Tesla yoxsa Nikola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ