Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Tarix: 21 Avqust 2020 12:00

Ötən ay ərzində Bakıda bağ evlərinin və torpağın qiymətində ucuzlaşma qeydə alınıb.

Sonxeber.net bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayında bahalı bağ evlərinin qiyməti 1.64 faiz azalıb. Onun sözlərinə görə, orta qiymətə olan bağ evlərində 0.61 faiz, ucuz evlərin qiymətində isə 1.36 faiz azalma var.

N.İbrahimov vurğulayıb ki, torpaq bazarında qiymətlərdə isə ay ərzində 8.16 faiz azalma müşahidə olunub.

Onun sözlərinə görə, ümumi daşınmaz əmlak bazarı üzrə ay ərzində 2.87 faiz azalma var.

Ekspert bildirib ki, qiymətlərin ucuzlaşmasına pandemiya və mövsümi amillər təsir edib.


Etiketlər:  Paytaxtda torpağın bağ evlərinin qiyməti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ